
Ermənistan bəzi sahələrdə ümumi sahəsi 110 km² olan Azərbaycan ərazisini öz nəzarətində saxlayır.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan nəzarətindəki 200 km² Ermənistan ərazisi barədə suala cavab verərkən bildirib.
“Biz, təxminən, 110 km² ölçüsündə onların ərazisindəyik. Təxminən 200 km² də onlar bizim ərazimizdədir”, – deyə o qeyd edib.
Simonyan əlavə edib ki, hazırda bu məsələlər delimitasya üzrə komissiyanın gündəliyindədir.






























