
Az.shafaqna.com xəbər verir ki, sabah Azərbaycanın avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Azərbaycan Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, noyabrın 17-də bəzi yerlərdə dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.






























