Noyabrın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Noyabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış, Murovdağ yüksəkliyinə isə zəif qar yağıb.

Düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Xaçmaz, Quba, Zərdab, Biləsuvarda 1 mm-dək qeydə alınıb.

Biləsuvar, Cəfərxan, Şəmkir, Şəki, Şamaxı, Xaltan, Yevlax, Göyçay, Lerik, Daşkəsən, Göygöl, Qax, İsmayıllı, Qobustan, Altıağacda duman müşahidə olunub.

Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR 17, Aran rayonlarında 19, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.

Əvvəlki məqaləPakistanda fabrikdə partlayış: Ölən və yaralananlar var
Növbəti məqalədəDünyadakı qızıl ehtiyatı nə cür istifadə edilir?