Russian President Vladimir Putin meets with entrepreneurs at the Novo-Ogaryovo residence outside Moscow on March 26, 2020. (Photo by Alexey DRUZHININ / SPUTNIK / AFP) (Photo by ALEXEY DRUZHININ/SPUTNIK/AFP via Getty Images)

Rusiya Prezidenti Vladimir Putin rusiyalı tələbələrlə onlayn görüşdə bildirib ki, Aleksey Navalnının Qelencikdəki “Saray” haqqında filmini izləməyib, çünki onu izləməyə vaxtı yoxdur. Lakin köməkçilərinin hazırladığı seçmə videolara göz gözdərib. Bu barədə Az.shafaqna.com Sputnik-ə istinadən xəbər verir.

“Dərhal sualınıza cavab vermək istəyirəm. Orada mənim əmlakım kimi göstərilənlərdən heç biri nə mənə, nə də mənim qohumlarıma məxsus deyil və heç vaxt da olmayıb. Heç vaxt”, – deyə Putin qeyd edib.

O qeyd edib ki, filmdə onun tanışları, sabiq həmkarları, “hansısa uzaq qohumları”nın adları çəkilir: “Lakin mənim heç vaxt görmədiyim adamların da adı çəkilir. Bu informasiya 10 ildən çox müddətdir ki, yayılır, indi isə bu məlumatları birləşdiriblər və bunlarla bizim vətəndaşlarımızın beynini yumaq istəyiblər”.

https://www.youtube.com/watch?v=ueh_VQ4hNIs&feature=emb_title