
İşğaldan azad edilmiş ərazilərə – Qarabağa mərhələli qayıdış prosesi davam edir.
Az.shafaqna.com xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə, – 143 nəfər, Ağdam rayonunun Xıdırlı kəndinə isə 50 ailə, – 219 nəfər köçürülüb.






























