Amerikalılar Gürcüstanın ən nüfuzlu partiyasını açıqladılar

Gürcüstan əhalisinin böyük hissəsi hakim “Gürcüstan arzusu – demokratik Gürcüstan” partiyasını dəstəkləyir.

Az.shafaqna.com-un “Sputnik Gürcüstan”a istiandla verdiyi xəbərə görə, belə bir qənaətə gəlməyə ABŞ-ın Milli demokratik institutu (NDI) tərəfindən ictimai rəyin sorğusu əsas verir.

Respondentlərin 31%-i “Mövqeyinə görə sizə hansı partiya daha yaxındır” sualına “Gürcüstan arzusu” cavabını verib.

Sorğuya cəlb olunanların 25%-i heç bir siyasi partiyanın onların maraqlarına cavab vermədiyini bildirib, 24% isə ümumiyyətlə cavab verməkdən boyun qaçırıb. Respondentlərin 5%-i suala cavab verə bilməyib.

Digər partiyalara gəlincə isə, yalnız 5% sabiq hakim “Vahid Milli Hərəkat” partiyasına simpatiya bəsləyir.

Bu məqaləni paylaş