Qazaxıstan parlamentinin (Məclisin) birinci oxunuşunda Rəqəmsal Məcəllə layihəsi müzakirə olunur.

Az.shafaqna.com xəbər verir ki, layihə çərçivəsində sosial şəbəkələrdə qeydiyyat üçün yaş məhdudiyyətlərinin tətbiqi təklif edilir.

Bu təşəbbüslə deputat Asxat Aymağambetov çıxış edib. O bildirib ki, bir sıra ölkələrdə artıq oxşar məhdudiyyətlər qüvvədədir.

“Məsələn, Danimarka və Avstraliyada sosial şəbəkələrdə qeydiyyata 15–16 yaşdan icazə verilir, ABŞ, İngiltərə və İrlandiyada isə bunun üçün valideyn icazəsi və şəxsiyyətin təsdiqi tələb olunur. Süni intellekt və Maarif Nazirliklərinin bu məsələyə münasibəti necədir? Biz bu qanun çərçivəsində belə bir qaydanı tətbiq edə bilərik”, – deyə Aymağambetov qeyd edib.