
Liviya sahilləri yaxınlığında – Aralıq dənizində faciə baş verib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Miqrasiya üzrə Beynəlxalq Təşkilat məlumat yayıb.
Rezin qayığın batması nəticəsində ən azı 42 miqrantın həyatını itirdiyi və ya itkin düşdüyü bildirilir.
Qeyd olunur ki, itkin düşənlər arasında 29 Sudan, 8 Somali, 3 Kamerun və 2 Nigeriya vətəndaşı var.
Təşkilat əlavə edib ki, hadisə zamanı yalnız yeddi nəfər açıq dənizdə sağ qalmağı bacarıb.





























