Yanvarın 6-da ABŞ Konqresinə hücumlardan sonra Vaşinqtona gətirilən və Co Baydenin andiçmə mərasimini mühafizə edən 26 min Milli Qvardiya üzvü tədricən şəhəri tərk etməyə başlayıb.
Az.shafaqna.com “Politico”ya istinadla xəbər verir ki, bununla belə 5 min qvardiyaçının Konqresin binasının müdafiəsi üçün cəlb olunacağı gözlənilir.
Nəşrin adlarını açıqlamadığı mənbələr bildiriblər ki, buna səbəb fevralın 8-də başlayacaq sabiq prezident Donald Trampın impiçment prosedurudu. Belə ki, hadisə ilə əlaqədar irimiqyaslı aksiyaların təşkil olunacağı gözlənilir.
Xatırladaq ki, yanvarın 6-da Konqresə hücum zamanı biri polis olmaqla 5 nəfər həlak olub, onlarla insan yaralanıb.
Bu məqaləni paylaş