Danimarkada 15 yaşadək uşaqların sosial media platformalarından istifadəsinin qadağan edilməsi nəzərdən keçilir.

Az.shafaqna.com xəbrə verir ki, bununla bağlı Danimarkanın Rəqəmsal İşlər Nazirliyi hökumət və parlamentdə təmsil olunan partiyalarla razılıq əldə edib.

Nazirliyin açıqlamasına görə, məqsəd azyaşlıları rəqəmsal mühitin mənfi təsirlərindən qorumaq və valideynlərin 13 yaşdan etibarən övladlarının sosial şəbəkələrə qoşulmasına icazə verib-verməmək barədə qərar verməsinə imkan yaratmaqdır.