
ABŞ Əhməd Əş-Şəraanın adını beynəlxalq terror təşkilatları siyahısından çıxarıb.
Az.shfaqna.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
Qeyd edilib ki, Əbu Məhəmməd əl-Colani “xüsusi təhlükəli beynəlxalq terrorçular” siyahısından çıxarılıb.
Bununla da ona tətbiq edilən sanksiyalar da ləğv edilib.
Həmçinin ABŞ Maliyyə Nazirliyi hazırda Suriyanın daxili işlər naziri postunu tutan Ənəs Xəttabı da sanksiyalar siyahısından xaric edib.
Xatırladaq ki, Colani İŞİD və əl-Qaidə kimi terror təşkilatlarının üzvü olub, sonradan özü “Nusra Cəbhəsi” qruplaşmasını formalaşdırıb. “Nusra Cəbhəsi” də bir müddət sonra adını “Həyat Təhrir əş-Şam” ilə əvəzləyib.






























