
Səudiyyə ərəbistanı Ümrə ziyarəti üçün verilən vizaların verilməsi və onların müddəti ilə bağlı yeni dəyişiklərin edildiyini elan edib.
Az.shafaqna.com IQNA-ya istinadən xəbər verir ki, yeni qərara əsasn, Ümrə üçün verilən vizaların qüvvədə olma müddəti verildiyi tarixdən etibarən 3 aydan 1 aya endirilib.
Əgər zəvvar vizanı aldıqdan sonrakı 30 gün ərzində ölkə ərazisinə daxil olmasa, onun vizası avtomatik olaraq sıfırlanacaq.
Yeni qaydalar artıq qüvvəyə minib.
Zəvvarların Səudiyyə Ərəbistanı ərazisinə daxil olduqdan sonra orada qalma müddəti isə dəyişməyib – bu müddət 3 ay olaraq qalmaqdadır.






























