ABŞ-da ötən ay 153 mindən çox şəxs işini itirib. Bu, son 20 ildə oktyabr ayı üzrə qeydə alınan ən yüksək göstərici hesab olunur.

Az.shafaqna.com xəbər verir ki, bu barədə məşhur kadr seçimi və işədüzəltmə şirkəti tərəfindən yayımlanan hesabatda bildirilir.

Məlumata əsasən, təkcə sentyabr ayı ilə müqayisədə işdən azad etmələrin sayı 175 faiz artıb. Yanvar-oktyabr dövründə isə ABŞ-da ümumilikdə 1,09 milyon iş yeri ixtisar edilib ki, bu da ötən illə müqayisədə təxminən 65% çoxdur.

Ekspertlər qeyd edirlər ki, ixtisarların əsas səbəbləri şirkətlərin xərcləri azaltmaq cəhdləri və süni intellekt texnologiyalarının tətbiqi nəticəsində yaranan struktur dəyişikliklərdir. Həmçinin, bir çox işəgötürənlərin yeni əməkdaşların qəbulunda tələsmədiyi vurğulanır.