
Noyabrın 5-də Bakı Slavyan Universitetində (BSU) universitetin rektoru Anar Nağıyev Türkiyənin Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar ilə görüşüb.
Az.shafaqna.com xəbər verir ki, görüş zamanı iki ali təhsil müəssisəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memoranduma əsasən universitetlər arasında elmi-tədqiqat, akademik mübadilə, birgə layihələrin həyata keçirilməsi və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.
Tərəflər həmçinin gələcəkdə birgə təşəbbüslərin və layihələrin icrası ilə bağlı mexanizmləri razılaşdırıblar.






























