Az.shafaqna.com-un verdiyi xəbərə görə, biz təslim olmaq fikrində deyilik və ölkəni Avropa İttifaqına (Aİ) üzvlük üçün hazırlamağa davam edəcəyik. Amma Brüsseldəki mövcud bürokratiyanın Avropa məzmununu soyub onu, sadəcə, bir birlik kimi tərk etdiyi Avropa İttifaqı üçün deyil, məqsədi Avropa dəyərlərini qaytarmaq olan Aİ-yə üzv olacağıq.

Bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu gün keçirilən brifinqdə Avropa Komissiyasının genişlənmə gündəliyinə cavab verərkən deyib.

Onun fikrincə, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası bundan sonra da ədalətsizliyi ifşa etməyə, qanuni mübarizə aparmağa və “həqiqəti göstərməyə” davam edəcək.

Əvvəlki məqaləUNRWA: Qəzzada 75 min fələstinli BMT-nin 100 binasında sığınacaq tapıb
Növbəti məqalədəZığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirildi