
Az.shafaqna.com-un verdiyi xəbərə görə, futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı ilk matçında qələbə qazanıb.
Məlumata əsasən, Azərbaycan yığması A qrupunun birinci qarşılaşmasında Liviya ilə üz-üzə gəlib. Görüş yığmamızın 5:4 hesablı qələbəsi ilə başa çatıb. Millinin heyətində Fərid Abbasov het-trik, Mirzə Əmirov dubl edib.
Qeyd edək ki, futzalçılarımız növbəti oyununu noyabrın 6-da Özbəkistan yığmasına qarşı keçirəcək.






























