Az.shafaqna.com-un verdiyi xəbərə görə, Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlərindən istifadə müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə dövlət xidməti xəbər verib.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron informasiya resurslarında dayanıqlığın və keyfiyyətin artırılması məqsədilə 7 noyabr 2025-ci il saat 21:00-dan 11 noyabr 2025-ci il tarixinədək profilaktik işlərin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edilib ki, bu səbəbdən göstərilən xidmətlərin və məlumat mübadilələrinin istifadəsində fasilələrin yaranması mümkündür.

Əvvəlki məqaləCənubi Koreya nüvə silahı ilə bağlı planlarını açıqladı
Növbəti məqalədəDünyada aclıq çəkən insanların sayı