
Cənubi Koreya hökuməti öz nüvə silahını istehsal etməyi planlaşdırmır.
Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri An Qyu Bek Seulda ABŞ müdafiə naziri Pit Heqsetlə keçirilən görüşdən sonra açıqlama verib.
Onun sözlərinə görə, Cənubi Koreya Nüvə Silahının Yayılmaması Müqaviləsinin (NPT) müddəalarına sadiq qalır və bu sazişə əsasən nüvə silahı hazırlamayacaq.
Nazir əlavə edib ki, Seul öz nüvə proqramına malik olmasa da, ABŞ-la sıx hərbi əməkdaşlığı davam etdirmək və Vaşinqtonun nüvə imkanlarından faydalanmaq niyyətindədir.
Pit Heqset isə bildirib ki, ABŞ Koreya Respublikası ilə birgə atom sualtı qayıqlarının istehsalı sahəsində əməkdaşlığı gücləndirməyə hazırdır.






























