
Avropa Komissiyasının yaydığı məlumatda qeyd olunur ki, Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi demək olar ki, tam dayanıb.
Az.shafaqna.com xəbər verir ki, Avropa Komissiyası Tbilisini siyasi istiqamətini dəyişməyə və Aİ-yə inteqrasiya yoluna qayıtmağa çağırır.
Məlumatda vurğulanır: “Hazırda Gürcüstan yalnız formal şəkildə üzv ölkə kimi qəbul olunur”.
Xatırladaq ki, Gürcüstan hökuməti ötən ilin noyabrında Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər təxirə salacağını açıqlamışdı.






























