
Ermənilərin Qarabağa geri dönməsi sülh prosesinə mənfi təsir göstərə və onun sabitliyini poza bilər.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında siyasi münaqişə artıq başa çatsa da, psixoloji gərginlik hələ də qalmaqdadır.
“Sülh anlayışı hər iki xalq üçün yeni və tanış olmayan bir vəziyyətdir. Cəmiyyətin düşüncə və münasibətlərini bir qərarla dəyişmək mümkün deyil”, — deyə baş nazir vurğulayıb.






























