İraq benzinin, kerosinin və “ağ neftin” idxalını dayandırır. Buna səbəb ölkənin bu yanacaq növləri üzrə özünü tam təmin etməyə nail olmasıdır.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Baş nazir Məhəmməd Əs-Sudani’nin ofisi məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, son üç il ərzində daxili tələbatı yerli istehsal hesabına ödəmək məqsədilə görülən tədbirlər nəticəsində bu məhsulların istehsalı ölkədaxili istehlakı üstələyib. Bununla əlaqədar baş nazir onların idxalının dayandırılması barədə göstəriş verib.

“Ağ neft” dizel yanacağının bir növü olub, əsasən isitmə sistemlərində istifadə olunur. İraq hökumətinin qərarına əsasən, artıq istehsal olunan yanacaq həcmdə xaricə ixrac ediləcək.

Əvvəlki məqaləƏn çox buğda istehsal 10 ÖLKƏ – SİYAHI
Növbəti məqalədə“Ermənilərin Qarabağa qayıtması sülh prosesinə təhlükə yarada bilər”