
Gürcüstan Konstitusiya Məhkəməsi parlamentin üç müxalifət partiyasının qadağan edilməsinə dair müraciətini icraata qəbul edib.
Az.shafaqna.com xəbər verir ki, məhkəmənin rəsmi saytında yayımlanan məlumata görə, iddia “Gürcü Arzusu”, “Avropa Sosialistləri” və “Xalqın Gücü” partiyalarının təşəbbüsü ilə 88 deputat tərəfindən imzalanıb.
Sənəd əsaslandırılmış hesab edilərək baxılması üçün məhkəmənin plenumuna göndərilib. Dinləmələrin 9 ayadək davam edəcəyi bildirilir.
İddiada sabiq prezident Mixeil Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiyası və “Lelo – Güclü Gürcüstan” partiyasının Konstitusiyaya zidd fəaliyyət göstərdiyi əsas gətirilərək ləğv olunması tələb olunur.






























