
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 30 sentyabr tarixinə ümumi 166 milyard 792,7 milyon manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 10 860,8 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.
Əlavə etmək lazımdır ki, 2025-ci il sentyabr ayının 30-na ARDNF-nin aktivləri cari ilin əvvəlinə (60 031,4 milyon ABŞ dolları) nisbətən 16,9% artaraq 70 161,7 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.






























