Kosovonun Ali Məhkəməsi dövlət məktbələrində hicaba tətbiq edilən qadağanı təsdiq edib.

Az.shafaqna.com IQNA-ya istinadən xəbər verir ki, Ali Məhkəmə öz qərarı ilə Təhsil Nazirliyinin hicab qadağasını təsdiqləyib və bildirib ki, bu qərar “qanunidir”.

“Arta” təşkilatı qanuna rəsmi şəkildə etiraz edərək bəyan edib ki, bu qadağa din azadlığının məhdudlaşdırılması və din azadlığının zəmanətçisi olan Kosovo konstitusiyasının pozulmasıdır. Lakin Apellyasiya məhkəməi iddianı rədd edərək qadağanı qüvvədə saxlayıb.

Həmçinin Kosovo İslami Şurasının qadağanın ləğvi ilə bğlı müraciəti də cavabsız qoyulub.

Qeyd edək ki, Avropada yerləşən Kosovonun əhalisinin 93,5 faizini müsəlmanlar təşkil edir.

Əvvəlki məqaləNepalda qar uçqunu alpinistlər üçün faciəyə çevrildi
Növbəti məqalədəABŞ-da Hellouin qanlı keçdi: 100 ölü…