
Az.shafaqna.com-un verdiyi xəbərə görə, bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunun oyunları başa çatıb.
Məlumata əsasən, son oyun günündə yalnız bir qarşılaşma keçirilib.
“Sabah” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra “Sabah” 18 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Qəbələ” isə 5 xalla 10-cu yerdə mövqelənib.
19:30. “Sabah” – “Qəbələ” 1:0.






























