“Zorakılığın qınanmaması günahkarların dəstəkkənməsi deməkdir. Bu isə Brüsselin (Aİ, Avropa İttifaqı) təəssüf doğuran mövqeyidir”.

Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib.

O xatırladıb ki, Gürcüstanda uğursuz çevriliş cəhdindən və Prezident sarayına hücum planından bir ay keçməsinə baxmayaraq, Avropa İttifaqı nümayəndələri – o cümlədən Kos və Kallas – hadisələri pisləməkdən çəkiniblər.

Papuaşvili qeyd edib ki, Brüsseldən ədalətli və obyektiv münasibət gözləntiləri getdikcə azalır: “Son illərdə Avropada dəyərlərin aşınması müşahidə olunur. Təəssüf ki, Gürcüstan indi yalnız dar siyasi və geosiyasi prizmadan dəyərləndirilir. Brüsseldə bəzi rəsmilər ölkəmizə sovet düşüncə tərzi ilə yanaşırlar”.

Spiker əlavə edib ki, Avropa İttifaqı Gürcüstanla bağlı mövqe bildirməzdən əvvəl 4 oktyabrda Tbilisidə baş verən iğtişaşları açıq şəkildə qınamalıdır: “Gürcüstan o hadisələrdən çox çətinliklə çıxdı. Əgər vaxtında tədbir görülməsəydi, nəticələr ağır ola bilərdi. Buna görə də ilk növbədə zorakılığa qarşı mövqe göstərilməlidir”.

Qeyd olunur ki, sabah Aİ-nin Gürcüstanla bağlı genişlənmə hesabatı açıqlanacaq. Sənəddə son bir ildə ölkədə baş verən hadisələr və onların Gürcüstanın Aİ-yə inteqrasiya prosesinə təsiri ətraflı qiymətləndiriləcək.

Əvvəlki məqaləABŞ-ın dövlət borcunda növbət ANTİ-REKORD
Növbəti məqalədəOktyabrda Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi