Böyük Britaniyanın dövlət borcu son 20 il ərzində – 2005–2025-ci illər arasında üç dəfə artıb.
Az.shafaqna.com xəbrə verir ki, bu barədə “The Daily Telegraph” qəzeti yazıb.
Oxford Economics-in təhlilinə əsasən, inkişaf etmiş ölkələr arasında borcun ən sürətlə böyüdüyü ölkə məhz Böyük Britaniyadır.
Hazırda ölkənin dövlət borcu 2,9 trilyon funt sterlinqə (təxminən 3,8 trilyon ABŞ dolları) çatıb ki, bu da demək olar, ölkənin Ümumi Daxili Məhsuluna (ÜDM) bərabərdir.
Hökumət hər il borcun faizlərini ödəmək üçün 100 milyard funt sterlinqdən çox vəsait sərf edir.
Son iki onillikdə bu templə borc artımı yalnız İspaniya və ABŞ-da müşahidə olunub.
Kembric Universitetinin professoru Yadjit Çadhanı sözlərinə görə, bu vəziyyət Böyük Britaniyanın siyasi və iqtisadi sisteminin uğursuzluğunu göstərir. Onun fikrincə, ölkənin fiskal siyasəti dayanıqlı istiqamətdə inkişaf etmir və borcun ÜDM-ə nisbəti artıq sabitlikdən uzaq bir həddə çatıb.
