İordaniya İsrailə səsləndi

İordaniya XİN-in mətbuat katibi Dayfullah əl-Fayiz Fələstin torpaqlarında İslami kimliyi isbat edən müqəddəs məkanların aradan aparılmasına dair məkrli planların sürətlənməsi barədə bəyanat yayıb.

Az.shafaqna.com Fələstin Xəbər Agentliyinə istinadla xəbər verir ki, İsrail hərbi birləşmələrinin Qüdsdə qeyri-qanuni məskən salmasını xatırladan İordaniya rəsmisi İsrail hakimiyyətinin Əl-Əqsa məscidi yaxınlığında apardığı qazıntı işlərinin dərhal dayandırılmasını tələb edib.

Qüdsün tarixi və dini simasının dəyişdirilməsinin yolverilməz olduğunu bildirərək, əl-Fayiz aparılan işlərin Əl-Əqsa məscidi üçün ciddi təhlükə törətdiyini vurğulayıb.

Dayfullah əl-Fayiz İsrailin Əl-Əqsa məscidi və işğal etdiyi şərqi Qüdsdəki bütün fəaliyyətlərinin İordaniya tərəfindən birmənalı şəkildə qınandığını söyləyib.

Bu məqaləni paylaş