Salah Runinin rekordunu təkrarlayıb

“Liverpul” klubunun və Misir millisinin hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında (“APL”) “Mançester Yunayted”in sabiq oyunçusu Ueyn Runinin rekordunu təkrarlayıb.

İngiltərə çempionatının 10-cu turunda keçirilən oyunda 33 yaşlı misirli futbolçu “Aston Villa”nın qapısından 45+1-ci dəqiqədə qol vurub.

Bu qol sayəsində Salah eyni klubun heyətində “qol + ötürmə” göstəricisinə görə Premyer Liqa rekordunu təkrarlayıb.

Salah “Liverpul” forması altında ümumilikdə 276 məhsuldar hərəkət (188 qol və 88 assist) edib. Bundan əvvəl bu göstəriciyə görə rekord Ueyn Runiyə məxsus idi – o, “Mançester Yunayted”də oynayarkən 183 qol və 93 ötürmə ilə eyni nəticəni əldə etmişdi.

Bundan başqa, Salah “Liverpul” tarixində 250 və daha çox qol vuran üçüncü futbolçu olub.

Cari mövsümdə misirli hücumçu klubun heyətində bütün turnirlərdə 14 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bu məqaləni paylaş