
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Əfqanıstanın Baqdis əyalətində yol kənarına quraşdırılmış bomba işə düşüb.
Yerli rəsminin sözlərinə görə, Kalayyi-Nau və Ab-Kamari arasındakı yolda baş vermiş insident nəticəsində biri uşaq olmaqla, 3 dinc sakin həyatını itirib.
O qeyd edib ki, minanı “Taliban” terrorçuları quraşdırıblar.






























