
“Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur. Bu, təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada mövcud olan problemdir”.
Az.shafaqna.com xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib.
O deyib ki, həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu səbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur:
“Bu problemi aradan qaldırmaq məqsədilə “Mental Klinika” layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun”.






























