
İraqın Nəcəf şəhərində yerləşən “Badkubi” mədrəsəsi tam bərpa edilib.
Az.shafaqna.com xəbər verir ki, Bakı şəhərinin qədim adını daşıyan elm ocağı artıq fəaliyyətə başlayıb.
Xatırladaq ki, bu mədrəsə 1907-ci ildə Bakıdan olan xeyriyyəçi tacirlərin ianələri ilə inşa etdirilib.
Qeyd edək ki, mədrəsə Ayətullah Sistaninin dəstək və qayğısı ilə təmir və bərpa edilib.
Mədrəsə Azərbaycandan gələn tələbələr üçün nəzərdə tutulub.





























