Şəhid ailələrinə sosial ödənişlər təyin edildi

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri yekunlaşmaq üzrədir.

Az.shafaqna.com xəbər verir ki, bu barədə qurumun rəsmi facebook hesabı məlumat yayıb.

Qeyd edilir ki, postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində şəhidlərimizdən artıq 2783 nəfərin 7127 ailə üzvünə sosial ödənişlər təyin olunub.

Bu sahədə işlərin operativ şəkildə yerinə yetirilməsi məqsədilə DSMF əməkdaşları səfərbər edilib. Sosial ödəniş təyinatları üçün şəhid ailələri üzvlərindən zəruri sənədlər  istənilmədən, bu sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunur.

Təyinatlar elektron qaydada, proaktiv şəkildə həyata keçirilir.

Aparılmış sosal ödəniş təyinatları barədə şəhid ailələri məlumatlandırılır, bir çox hallarda  onlarla ünvanlarında görüşlər keçirilərək təqaüd kartları təqdim olunur.

 

Bu məqaləni paylaş