AFP

Az.shafaqna.com “Des Moines Register”-ə istinadən xəbər verir ki, ABŞ federal hökuməti həftə ərzində 3-cü cinayətkarın ölüm cəzasını həyata keçirib.

52 yaşlı Dastin Honken asılaraq edam edilib. O, Ayova ştatı ərazisində narkotik şəbəkəsinin yaradılmasında, həmçinin 2-si həddi-buluğa çatmamış olmaqla, 5 nəfəri qətlə yetirməkdə ittiham edilib.

Hökumətin həyata keçirdiyi edamlar 17 ildən sonra federal səviyyədə keçirilən ilk edamlardır.

Hazırda federal həbsxanalardan xüsusi ağır cinayətlərə görə barələrində ölüm hökmü çıxarılmış 60-a yaxın məhbus var.