Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF) Türkiyənin aparıcı əczaçılıq məhsulları istehsal edən müəssisəsi ilə Türkiyədə koronavirusa qarşı “Sputnik V” peyvəndinin istehsalına dair saziş imzalayıb.

Az.shafaqna.com “RİA Novosti”yə istinadla xəbər verir ki, artıq Rusiya tərəfi texnologiyaların transferinə başlayıb.

“İstehsalın potensial həcmi ildə bir milyon doza vaksindir. Gələcəkdə istehsalın genişləndirilməsi imkanları da müzakirə olunur. Vaksin həm Türkiyənin daxili bazarına, həm də xarici ölkələrə istehlak olunacaq”, – Fonddan bildiriblər.

Rusiya tərəfinin açıqlamasına görə, effektivliyi 90% təşkil edən vaksinə Türkiyədə böyük maraq göstərilir.

Əvvəlki məqaləVilayət Eyvazov daha bir rəisi sərəncama göndərdi
Növbəti məqalədəFransada hicaba qadağa cəhdi baş tutmadı