Vilnüs Belarus istehsalı olan məhsulların Litva ərazisindən Rusiya Federasiyasının Kalininqrad vilayətinə tranzitini qadağan etmək imkanını nəzərdən keçirir.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Litva prezidenti Gitanas Nauseda jurnalistlərə açıqlama verib.
Nausedanın sözlərinə görə, söhbət Rusiya mənşəli yüklərdən deyil, məhz Belarusda istehsal edilən mallardan gedir. O bildirib ki, tranzitin qadağan olunması Minskə təsir göstərmək üçün ciddi vasitə ola bilər.
Prezident əlavə edib ki, Belarusla bağlı sanksiyaların dairəsinin genişləndirilməsi istisna edilmir: “Avropa İttifaqının kalium gübrələrinə tətbiq etdiyi məhdudiyyətlər qüvvədədir, amma bu, azot gübrələrinə şamil olunmur”.
Qeyd edək ki, Litva daha əvvəl də Qərb sanksiyaları çərçivəsində Belarus yüklərinin, o cümlədən kalium gübrələrinin tranzitini dayandırmışdı.
