Litva NATO Nizamnaməsinin 4-cü maddəsini aktivləşdirə bilər

Litva NATO-nun Nizamnaməsinin 4-cü maddəsi üzrə məsləhətləşmələr aparılması üçün müraciət etmək imkanını istisna etmir.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Litvanın baş naziri İnqa Ruqinene bəyan edib.

O, Belarus ərazisindən ölkə səmasına hava şarlarının daxil olduğunu iddia edib.

O, həmçinin bildirib ki, Litva Belarusla sərhədini tam bağlayır və ölkə səmasına daxil olan bütün hava şarlarını vuracaq. Sərhədi yalnız diplomatlardan və Belarusu tərk edən Avropa İttifaqı vətəndaşlarından ibarət şəxslər istisna qaydada keçə biləcəklər.

NATO Nizamnaməsinin 4-cü maddəsində qeyd olunur ki, üzv dövlətlərdən hər hansı biri hesab edərsə ki, onun ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altındadır, tərəflər bu məsələ ilə bağlı bir-biri ilə məsləhətləşmələr aparmalıdırlar.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş