“Müstəqilliyə aparan yol – Azərbaycan- Gürcüstan” müsabiqəsinə yekun vurulub – FOTO

Azərbaycanın Gürcüstandakı səfirliyi Azərbaycan və gürcü xalqlarının müstəqillikləri naminə atdıqları addımların təzahürü olan 20 Yanvar və 9 Aprel hadisələrinin ildönümləri ilə bağlı rəsm və inşa müsabiqəsinin qaliblərini elan edib.

 “Müstəqilliyə aparan yol – Azərbaycan- Gürcüstan” adlı sərginin ən yaradıcı rəsm əsəri və inşa yazısı ekspertlər tərəfindən seçilərək  hər iki nominasiya üzrə ilk üç yeri tutanlar mükafatlandırılıb.

Müsabiqənin nəticələrinə əsasən, ilk üç yeri tutacaq Gürcüstan vətəndaşları Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev və Gürcüstanın Hökumətinin səlahiyyətli nümayəndəsi tərəfindən təltif olunub.

Az.shafaqna.com-un əldə etdiyi məlumata görə, müsabiqədə fərqləndiyinə görə, “Alulbeyt Gürcüstan”ın rəhbəri Hacı Faiq Nəbiyevin oğlu Həsən Nəbiyevə də təşəkkürnamə təqdim olunub.

 

 

 

 

Bu məqaləni paylaş