Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Çin XİN başçısı Van İ və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Çinli nazir bildirib ki, ABŞ ağıl, etibar və əxlaqını itirib.

Onun sözlərinə görə, ABŞ rəhbərliyi pandemiyadan digər ölkələri nüfuzdan salma üsulu və “günahı onların üzərinə atma yolu” kimi istifadə edir.

O əlavə edib ki, ABŞ Çinlə münasibətdə “qəsdən ideoloji qarşıdurmaya səbəb olur” və əlavə edib ki, bu, beynəlxalq hüquq pozuntusudur.

Onlar heç nəyın qarşısında dayanmırlar, hətta qaynar nöqtələr və beynəlxalq münasibətlərdə qarşıdurma belə yaradırlar”, – deyə Van İ bildirib.