Gürcüstanlı dənizçilər artıq bir neçə gündür ki, Omandan vətənlərinə qayıda bilmirlər.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat nazirliyi yanında Dəniz Nəqliyyatı Agentliyi məlumat yayıb.
Qeyd edilir ki, yaranmış problemə gəmi sahibi ilə, yük sahibi arasında yaranmış məhkəmə çəkişmələri səbəb olub.
Dənizçilər 19 yanvarda Gürcüstan rəsmi qurumlarına müraciət edib.

“Omanda yük sahibi və gəmi sahibi arasında baş vermiş məhkəmə çəkişmələrinə görə, gəminin hərəkəti dayandırılıb. Dəniz Nəqliyyatı Agentliyi bütün tərəflərlə: gəmi, yük sahibləri, həmçinin dənizçilərlə danışıqlar aparır, məsələnin həlli istiqamətində işinə davam edir.”, -deyə Dəniz Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
Agentlik dənizçilərin vəziyyətinin yaxşı, maaşlarının onlara verildiyini də məlumatda bildirib.