Ərdoğan: Bir gecə qəflətən gələ bilərik…

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan cümә namazından sonra jurnalistlәrә bәyanatlar verib.

Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, bir jurnalistin ‘‘Sincarda terror tәşkilatı PKK-ya qarşı әmәliyyat keçirilәcәkmi’’ şәklindәki sualını cavablandıran Türkiyә prezidenti Әrdoğan deyib: ‘‘Bu açıqlana bilmәz. Hәr zaman mәnin dediyim bir söz var ”bir gecә gәflәtәn gәlә bilәrik”.

Әrdoğan Çinin yeni növ koronavirusa qarşı hazırladığı peyvәndin ikinci partiyasının bu hәftәnin sonunadәk gәlә bilәcәyini söylәyib.

Növbәdәnkәnar seçkilәrlә bağlı iddialara da toxunan Rәcәb Tayyib Әrdoğan 2023-cü ilin iyun ayından әvvәl seçkilәrin keçirilmәyәcәyini deyib.

Bu məqaləni paylaş