Şimali Koreya yeni hipersəs raketlərini sınaqdan keçirib

KXDR (Koreya Xalq Demokratik Respublikası) oktyabrın 22-də müdafiə potensialını artırmaq proqramı çərçivəsində iki yeni hipersəs sürətli aparatın sınağını uğurla həyata keçirib.

Sınaqları Şimali Koreya Raketaqayırma Baş İdarəsi təşkil edib, prosesə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin katibi Pak Çon Çxon nəzarət edib.

“Yeni silahın sınağı” potensial düşmənə qarşı strateji çəkindirmə məqsədi daşıyan müdafiə proqramının bir hissəsidir.

Pak Çon Çxon bildirib ki, ölkənin fəaliyyəti müharibənin qarşısını almağa yönəlib və o, elmi-tədqiqat qrupunun nailiyyətlərini yüksək qiymətləndirib.

Qeyd edilib ki, “Pxenyan şəhərinin Ryokpho rayonundan şimal-şərq istiqamətində buraxılan iki hipersəs uçuş aparatı Hamgyon-Pukto vilayətinin Oran rayonundakı Kvesan dağının ətəyindəki təyin olunmuş hədəfi dəqiq vurub.”

Bu məqaləni paylaş