ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin qızı Eşli Ağ Evin sabiq sahibi Donald Trampın qızının ünvanına söz atıb.
Az.shafaqna.com xəbər verir ki, müsahibələrinin birində Eşli atasından söz açıb və bundan sonra nə ilə məşğul olacağından danışıb.
O bildirib ki, Bayden ailəsinə çox böyük önəm verir. Eşli fəaliyyətində olduqca “önəmli məsələlərə diqqət cəlb etmək” istədiyini də vurğulayıb.
“Amma mən İvankadan fərqli olaraq Ağ Evdə məsləhətçi işləmək fikrində deyiləm”, – Cozef Baydenin qızı Donald Trampın qızını xatırlayaraq deyib.
Bu məqaləni paylaş