Az.shafaqna.com xəbər verir ki, Azərbaycanın dünya bazarı və neft birjalarında satdığı Azeri LT CIF neftinin qiymətində dəyişiklik olub.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0.55 dollar ucuzlaşaraq 44,51 ABŞ dolları təşkil edib.

İndiyə qədər “Azeri LT CIF” neftinin minimal qiyməti bu ilin aprelin 1-də (16,53 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.