Tbilisidə ictimai nəqliyyat və təhsil müəssisələri bu il martın 1-dən etibarən fəaliyyətini bərpa edəcək.

Az.shafaqna.com “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili keçirdiyi brifinqdə bildirib.

O həmçinin qeyd edib ki, ölkənin bütün şəhərlərindəki bazarlar fevralın 15-dən açılacaq.
Onun sözlərinə görə, eyni ardıcıllıqla Rustavi və Kutaisidə də bütün məhdudiyyətlər aradan qaldırılacaq.

Batumi, Zuqdidi, Qori, Poti və Telaviyə gəlincə, burada ictimai nəqliyyatın, dükanların, məktəblərin və ticarət mərkəzlərinin fəaliyyəti fevralın 1-dən bərpa ediləcək.