Bağdad terrorunu İŞİD öz üzərinə götürüb

İŞİD terror qruplaşması İraq paytaxtı Bağdadda törədilən terroru öz üzərinə götürüb.

Az.shafaqna.com islamazeri.com-a istinadən xəbər verir ki, bu barədə terror qruplaşmasının “Amaq” teleqram və digər media resursları bildirib.

Qeyd edək ki, terror aktı zamanı 35 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Ayətullah Seyid Sistani bu terrorla bağlı bəyanat yayıb.

Bu məqaləni paylaş