Az.shafaqna.com xəbər verir ki, Bağdadda baş vermiş 140 nəfərdən çox insanın ölümünə və yaralanmasına səbəb olan terror aktı ilə bağlı Dünyanın böyük şiə təqlid mərcəsi, Ayətullahül Üzma Seyid Sistaninin ofisi bəyanat yayıb.

Ayətullah Sistaninin bəyanatında deyilir:

انا لله وإنّا إلیه راجعون

İnna Lillah və İnna İleyhi Raciun

Allahdan gəldik, Ona tərəf qayıdacağıq.

Yenə də vəhşi terrorçular, Bağdadın əl-Təyəran meydanında vicdanı olanların üzüntüsünə səbəb olacaq iki eyni anda törədilən partlayış ilə  günahsız onlarla  mülki vətəndaşın şəhid və yaralanmalarına səbəb oldular.“

Ayətullah Sistanin mərkəzi ofisi bu terrorda dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara Allahdan şəfa istəyərək “Müvafiq güc strukturlarını təhlükəsizlik tədbirlərini gücləndirməyə və düşmənlərin planlarını pozmaq üçün səylərini artırmağa çağırırıq. Allahın Hovl və Qüvvəsindən başqa güc yoxdur.”, -deyə bildirib.