Ukrayna paytaxtında partlayış olub – VİDEO

164
0

Bu gün axşam saatlarında Ukrayna paytaxtı Kiyevdə partlayış baş verib.

Az.shafaqna.com Ukrayna mediasına istinadən xəbər verir ki, partlayış metro yaxınlığında zibil qabında meydana gəlib.

Partlayışın gücündən metronun şüşələri sınıb və ətrafa səpələnib.

Hadisə zamanı qeyd edilir ki,  22 yaşlı (adı açıqlanmayan) tələbə yaralanıb və xəstəxanaya çatdırılıb.

Polis və digər güc strukturları insidentlə bağlı araşdırma aparır.