Sumqayıtda rəsmi qeydiyyatda olan narkomanların SAYI

Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkoloji xəstələrin sayı açıqlanıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Sumqayıt şəhər Narkoloji Dispanserindən məlumat verilir.

Hazırda dispanserdə ümumilikdə 5 869 nəfər narkoloji xəstə qeydiyyatdadır.

Onlardan 4 364 nəfəri narkotik istifadəçisidir. Qeyd olunan şəxslərin 102-si qadındır.

Eyni zamanda müəssisədə 1 505 nəfər alkoqolizm xəstəsi də rəsmi qeydiyyata alınıb. Onların arasında 24 qadın var.

Məlumata əsasən, narkotik istifadəçilərinin böyük əksəriyyətini 20-40 yaş arası şəxslər təşkil edir.

Bu məqaləni paylaş