
Az.shafaqna.com xəbər verir ki, ABŞ əhalisinin prezident Donald Trampın COVID-19 ilə bağlı sözlərinə və addımlarına inamı azalıb.
Müvafiq sorğunu “ABC News” və “Washington Post” keçirib.
Sorğu nəticələrinə əsasən, iştirakçıların təxminən 60 faizi dövlət başçısının pandemiyaya dair sözlərinə inanmır.
Xatırladaq ki, 25 martda dərc edilmiş analoji sorğuda Trampa qarşı inamsızlıq dərəcəsi təxminən 45% idi.
Yeni sorğuya əsasən, ölkədə koronavirusa yoluxma halları artıqca Trampa etimad səviyyəsi də proposional şəkildə azalır.
Bundan başqa, əhalinin 63%-i hesab edir ki, iqtisadiyyatın yenidən işə salınması yox, pandemiyaya nəzət hökumətin prioritet məsələlərindən olmalıdır.
Ən son məlumatlara görə, ABŞ-da koronavirusa yoluxma hallarının sayı 3,5 milyondan çoxdur, 138 mindən çox insan isə bu virusdan dünyasını dəyişib.






























